Pakistan rəhbərliyi Pakistan talibanına (TTP) qarşı əməliyyatlarını davam etdirəcəklərini bəyan edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Pakistan ordusunun sözçüsü Babar İftihar da mətbuata açıqlamasında TTP ilə davam edən qarşıdurmalarla bağlı sualları cavablandırıb. İftihar Əfqanıstan sərhəd xəttini hasarlamağa davam edəcəklərini qeyd edərkən, sərhəd hasarının bölgədəki hüquqları bölmədiyini söyləyib. Ordu sözçüsü əlavə edib ki, TTP-yə qarşı hərbi əməliyyatlar artıq olub və davam edəcək.
Qeyd edək ki, son zamanlar bölgədə qarşıdurmaların artması və TTP-nin Pakistan ordusuna qarşı hücumlarını sürətləndirməsi diqqət çəkir.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB