ABŞ-ın Nyu-York şəhərində bir nəfər bazar günü pulsuz olaraq metroya minmək istəyərkən turniketdən tullanaraq başı üstə yıxılaraq ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təhlükəsizlik kameralarına əks olunan hadisədə metronun turniketindən tullanmaq istəyən şəxs bir neçə uğursuz tullanma cəhdi edib. Son cəhdində turniketin üstündən keçməyə çalışan 28 yaşlı şəxs yıxılaraq başı üstə yerə çırpılıb.
Qəzadan sonra metroya gələn sağlamlıq qrupları, şəxsin hadisə yerində öldüyünü bildirərək, ölüm səbəbinin boyun sınığı ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, mərhumun pulsuz minmək istədiyi metronun bilet qiymətinin 2,75 dollar olduğu öyrənilib.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB