Amerika Baş Prokurorluğu, Trampın mülklərini idarə edən uşaqlarının mülklərin dəyərlərini manipulyasiya edib-etmədiklərini müəyyən etmək üçün onlardan ifadələrin alınmasına qərar verildiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, oğul Tramp və İvanka Trampdan məhkəmənin tələbi ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Ailə şirkəti olan “Trump Organization”da icraçı vəzifədə çalışan Trampın digər oğlu Erik Tramp da əvvəllər məsələ ilə bağlı məhkəməyə çağırılıb və 2020-ci ilin sonunda ifadəsi alınıb.
Baş Prokurorluq bundan əvvəl ifadə vermək üçün Donald Trampı məhkəməyə çağırıb və ona yanvarın 7-nə qədər vaxt verildiyini bildirib. Trampın vəkilləri isə çağırış vərəqəsinin ləğvi üçün hərəkətə keçəcəkləri barədə açıqlama veriblər.
Manhetten Bölgəsi Prokurorluğunun vəkilləri son həftələrdə iş üzrə əlavə şahidlərin rəyini istəyib.
Xatırladaq ki, keçmiş prezident Donald Trampa məxsus ailə biznesi olan “Trump Organization”un uzun müddətdir Maliyyə Qrupunun (CFO) rəhbəri olan Allen Veisselberg, Nyu York məhkəməsində ona qarşı irəli sürülən vergi fırıldaqları, oğurluq və digər ittihamların heç birini qəbul etməyib. İstintaqı aparan Manhetten Rayon Prokurorluğu da Veisselberg-i 1,7 milyon dollar bonus gəliri və digər xərclərini bəyan etmədiyi üçün vergidən yayınmaqda ittiham edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB