ABŞ-ın siyahıyaalma bürosu hazırda dünya əhalisinin orta hesabla 7,8 milyard nəfər olduğunu açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın məlumatına görə, ölkəyə hər 130 saniyədən bir immiqrant daxil olur və əhalinin sayı bir il ərzində 707 min nəfər artıb. ABŞ siyahıyaalma bürosunun məlumatına görə, 2021-ci ilin yanvar ayından etibarən dünya əhalisi 74 milyon nəfər artaraq 0,9 faiz artıb. Hazırda ABŞ əhalisinin 332,4 milyon nəfər olduğu təxmin edilir. Siyahıyaalma bürosunun məlumatına görə, noyabrda cənub sərhədində 173 620 qanunsuz keçid aşkar edilib. 2020-ci ilin noyabr ayı ilə müqayisədə 140 faiz artım müşahidə olunub.
Rəqəmlərə görə, gələn il ABŞ-da hər 9 saniyədə bir doğuş və hər 11 saniyədə bir ölüm baş verəcəyi gözlənilir. Yenə məlumatlara görə, dünya üzrə saniyədə 4,3 doğum gözlənilir, bir saniyəyə uyğun gəlməsi gözlənilən ölüm sayı isə 2 olaraq açıqlanıb.
Agentliyin ABŞ rəqəmləri 2021-ci ilin əvvəlindən 2022-ci ilin əvvəlinə qədər 0,2 faiz artım tempini əks etdirir.
Xatırladaq ki, Agentlik daha əvvəl ABŞ-ın pandemiya zamanı əhalinin ən aşağı artım tempinə malik olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB