Ərəb ölkələri və təşkilatları Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) aid hərbi yük gəmisinin Yəməndə İranın dəstəklədiyi Husi milisləri tərəfindən ələ keçirilməsini pisləyib və gəminin buraxılmasını tələb ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, Misir Xarici İşlər Nazirliyi tərəfindən edilən açıqlamada Hudeydə sahillərində seyr edərkən BƏƏ bayraqlı gəminin Husi milisləri tərəfindən qaçırılması pislənilib və “Bu cür hərəkətlər naviqasiya azadlığına ciddi təhlükə yaradır”-deyə qeyd edilib.
Bəyanatda gəminin buraxılması çağırışı da yer alıb. İordaniya Xarici İşlər Nazirliyi də açıqlamasında sözügedən gəminin ələ keçirilməsini pisləyib və gəminin kursunu tamamlamaq üçün buraxılmasını tələb edib. Bəhreyn Xarici İşlər Nazirliyinin bəyanatında qeyd hadisə “naviqasiyanı təhdid edən dəniz quldurluğu” kimi qiymətləndirilib və qəti şəkildə pislənib. Eyni zamanda beynəlxalq ictimaiyyətə bu terror aktını pisləməyə çağırış edilib. Yəmənin baş naziri Muin Əbdülməlik də "tviter" hesabında hadisələrin beynəlxalq dəniz nəqliyyatı üçün ciddi təhlükə yaratdığını bildirib. Əbdülməlik vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu təhlükə ilə mübarizə aparmaq üçün təcili hərəkətə keçməlidir. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bəyanatında gəmiyə qarşı cinayət təşkil edən bu hərəkəti pislədiyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB