Harri Potter filmlərində baş rollardan biri olan Hermiona Qreyncer obrazı ilə məşhurlaşan Britaniya əsilli Uotson "İnstaqram" hesabında “Bad Activist Collevtive” adlı Fələstin tərəfdarı fəalların “Həmrəylik” yazılmış pankartlarla yürüş etdiyi görüntünü bir yazı ilə paylaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, aktrisa sözügedən şəklin altında İngilis-Avstraliyalı alim Sara Əhmədin “Həmrəylik mübarizələrimizin eyni mübarizə olduğunu, ağrımızın eyni ağrı olduğunu və ya ümidimizin eyni gələcəyə olduğunu göstərir. Bu, eyni hisslərə, eyni həyatlara və ya eyni bədənlərə sahib olmasaq da, ortaq məxrəcdə yaşadığımızı etiraf etməyi nəzərdə tutur" sözlərini əlavə edib.
Uotsonun paylaşımı Fələstin tərəfdarı olan "İnstaqram" istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib və bir çox izləyicilər #FreePalestine, #PalestineWillBeFree heşteqlərindən və Fələstin bayrağının emojisindən istifadə edərək məşhur aktyora öz təşəkkürlərini bildiriblər. İsrailin BMT-dəki səfiri Gilad Erdan, Twitter hesabında, "Harri Potterdə fantastika işləyə bilər, amma reallıqda fantastika işləmir" deyə fikir bildirib.
Erdanın sələfi Denni Danon isə aktyoru "antisemitizm"də ittiham edib. Digər tərəfdən, Indivisible Guide adlı mütərəqqi vəkillik qrupunun direktorlarından biri olan Leah Greenberg, Danonun ittihamı ilə razılaşmadığını ifadə edərək, antisemitizmin tamamilə kinli və pis niyyətli bir silaha çevrildiyini bildirib.
Qeyd edək ki, ABŞ-ın Braun Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsini bitirmiş Emma Uotson Oksford Universitetində təhsil almaqla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Qadınlar Bölməsinin xoşməramlı səfiri kimi də könüllü fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB