Kolumbiyanın Venezuela ilə sərhədində yerləşən Arauca inzibati bölgəsinin Tame, Fortul, Saravena və Arauquita qəsəbələrində silahlı qiyamçı təşkilat Milli Azadlıq Ordusu (ELN) ilə Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələrinin (FARC) üzvləri arasında toqquşma olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, hakimiyyət orqanları şiddətli fikir ayrılığı səbəbindən iki tərəf arasında şiddətli toqquşmanın baş verdiyi və 2 gündə 24 nəfərin öldüyü barədə məlumat paylaşıb.
Yerli mətbuat tərəfindən ölənlərin sayının 50-yə çata biləcəyi və qarşıdurmaların bəzi yerlərdə davam etdiyi iddia edilib. Digər tərəfdən, Ombudsman Aparatından verilən açıqlamada Araucadakı qarşıdurmalara görə çoxlu sayda vətəndaşın məcburi köçkün edildiyi və qeyri-qanuni həbslərin yaşandığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB