Rusiya Prezidenti Vladimir Putin Yeni ildə yayımladığı mesajında bütün qitələrin Covid-19 epidemiyası ilə mübarizə apardığını ifadə edərək, epidemiya nəticəsində həyatını itirənlərin ailələrinə dəstəyini ifadə edib.
SİA xarici mətbuata istinadən xəbər verir ki, Kremldən yeni il təbrikini söyləyən Rusiya prezidenti Putin deyib: “Biz çox böyük çətinliklərlə üzləşdik, lakin biz bu çətin şəraitdə yaşamağı və mürəkkəb problemləri həll etməyi öyrəndik. Bizim həmrəyliyimiz bunu mümkün etdi. Biz hər bir qitəni əhatə edən və heç bir geriləmə əlaməti göstərməyən təhlükəli epidemiya ilə mübarizəmizi davam etdirdik. Bu çətin xəstəlik, on minlərlə insanın həyatına son qoyub. Yaxınlarını itirən hər kəs mənim səmimi dəstək ifadələrimi qəbul etsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB