Çindən 5 ABŞ vətəndaşına sanksiya qərarı

Çin ABŞ-ın Çin rəsmilərinə qarşı sanksiyalarına cavab olaraq 5 ABŞ vətəndaşına sanksiya qərarı verdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, mətbuat konfransında danışan Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien keçmiş ticarət naziri də daxil olmaqla 5 nəfərin Çin materikinə, Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsinə və Makaoya daxil olmasına icazə verilməyəcəyini bildirib.

Cao qeyd edib ki, sözügedən 5 nəfərin Çindəki mal varlıqları dondurulacaq, onların Çin vətəndaşları və qurumları ilə ticarəti qadağan ediləcək.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə