Dekabrın 25-də Kraliça Elizabetin Vindzordakı qəsrinə girməyə çalışan şəxsin kimliyi bəlli olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxsin 19 yaşında Jaswant Singh Chail olduğu öyrənilib.
Kraliçanın olduğu qalaya silahla girməyə çalışan şübhəlinin görüntüləri ortaya çıxıb. Məlum olub ki, hazırda psixi sağlamlıq şöbələrində olan yeniyetmə əlində arbaletlə Snapchat hesabında video yerləşdirib. Videoda Çaylın Ulduz Döyüşlərindən ilhamlandığı açıqca görünür. Videoda qırıq səslə gənc bunları deyib: "Bağışlayın, etdiyim və edəcəyim işdən çox peşmanam. Kraliça Elizabetə hücum etməyə çalışacağam".
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB