"Məqsədimiz Qolan təpələrində yəhudi məskənlərinin sayını iki dəfə artırmaqdır" - Baş nazir

İsrailin İctimai Yayım Korporasiyasının (KAN) məlumatına görə, hökumətin həftəlik iclası Qolan təpələrinin işğal altında olan Suriya ərazisindəki Mevo Hama qəsəbəsində Baş nazir Bennetin sədrliyi ilə keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bennet çıxışında "İllərdir, Qolan təpələrindəki yaşayış məntəqələrində durğunluq var. Burada bir açığımız var və onu bağlamalıyıq. Məqsədimiz Qolan təpələrində yəhudi məskənlərinin sayını iki dəfə artırmaqdır. Sağ və sol partiyaların nazirlərinin burada yan-yana oturması, həqiqətən,təsir edicidir. Qolan Təpələrini gücləndirmək bizi bir araya gətirən bir prinsipdir”- deyə qeyd edib.

Bennett ABŞ-ın keçmiş prezidenti Donald Trampın İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıdığını və Co Bayden administrasiyasının bu siyasətdə heç bir dəyişiklik olmadığını açıqladığını bildirib. İsrail hökumətinin Qolan təpələrinin inkişaf planını təsdiq edəcəyi gözlənilir. 1 milyard şekelə (317 milyon dollar) başa gələcək plan Qolanı İsrailin bərpa olunan enerji texnologiyalarının paytaxtına çevirməyi hədəfləyir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə