Hollandiyadakı üç türkə məsciddə könüllü olaraq çalışmalarına, cəmiyyətə rəhbərlik etmələrinə və şəhərin təşkil edilən fəaliyyətlərlə inteqrasiyasına verdiyi töhfələrə görə “Kral Ordeni” verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Schiedam şəhərində yaşayan 78 yaşlı Səlim Aslan, 78 yaşlı Nurettin Keten və 79 yaşlı Kazım Çelik kral ordenini Şidam şəhərinin meri Cor Lamersdən alıblar. Hollandiya Diyanət Vəqfinə bağlı Muradiyə Məscidində 45 il könüllü fəaliyyətləri ilə cəmiyyətdə öncül olan Aslan, Keten və Çelik, fəaliyyətləri ilə şəhərə inteqrasiyaya verdikləri dəstəyə görə “Kral Ordeni” ilə təltif olunub.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə