Zambiyada 5 mindən çox yerli və əcnəbi vətəndaş paytaxt Lusaka yaxınlığındakı qızıl mədənini zəbt edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zambiyanın Mədən Naziri Paul Kabusve bölgəyə səfəri zamanı bildirib ki, Mərkəzi əyalətdəki mədənlərdə qızıl axtaran kartellər ölkənin aktivlərindən öz şəxsi mənfəətləri üçün istifadə edirlər. Mədəndə qızıl təmizləyən 5 mindən çox yerli və xarici vətəndaşın olduğunu bildirən Kabusve, son vaxtlar ölkənin şimalındakı Kasenselidəki qızıl mədənlərində ölümlərə səbəb olduğu üçün mədən işlərini dayandırdıqlarını ifadə edib. Mərkəzi Əyalət Naziri Credo Nanjuwa bəyan edib ki, faydalı qazıntı yatağının qorunması üçün bölgəyə hərbi birləşmələr yerləşdirilməlidir.
Qeyd edək ki, dünyanın ikinci ən böyük mis istehsalçısı olan Zambiya yeni tapılan qızıl mədənlərində qeyri-qanuni hasilatla mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB