Konqonun İnkişafı üçün Alyans (CODECO) adlı üsyançı qrup Konqonun İturi əyalətinin Lodjo rayonunda qızıl mədəninə hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nqama və Dieumerci mədən sahələrinə hücumda CODECO üzvləri 26 mülki vətəndaşı öldürüb. Qeyd edək ki, 2014-cü ildən bəri ölkənin şərqində fəaliyyət göstərən üsyançıların hücumları nəticəsində ən azı 7000 mülki şəxsin öldüyü təxmin edilir.
Xatırladaq ki, Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi KDC-nin şərqi 20 ildir qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB