ABŞ-da konqresmenə silahlı hücum edildi

Amerika Birləşmiş Ştatlarında (ABŞ) konqresmen Meri Gey Skanlonun avtomobili dünən axşam saatlarında Filadelfiya parkında silahlı hücuma məruz qalıb və oğurlanıb. Delaver ştatı polisi Skanlonun avtomobilinin silahlı hücumla oğurlanmasından sonra beş şübhəlini saxlayıb.

Polis tərəfindən oğurlanmış avtomobilin Nyuark dairəsində tapıldığı bildirilib. Şübhəlilərin Skanlonun hökumət tərəfindən verilmiş telefonunu və iki lizensiyasını oğurladığı bildirilib. Hücumdan sonra Skanlon hücumla bağlı operativ tədbir gördükləri üçün Filadelfiya Polis Departamentinə və yerli polisə təşəkkür etdiyini bildirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə