Şimali Koreya lideri əhaliyə "az yeyin" BƏYANATINI VERDİ

Dünyanın ən qapalı ölkəsi olan Şimali Koreya, koronavirus pandemiyasının mənfi təsirlərindən sonra ciddi ərzaq böhranı yaşayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkə lideri Kim Çen In silahlı qüvvələrə qoyduğu sərmayə və fasiləsiz davam etdirdiyi nüvə raket sınaqları ilə tez-tez gündəmdə olsa da, bu dəfə verdiyi başqa bir açıqlama ilə böyük reaksiyaya səbəb olub. Ötən aylarda epidemiya çərçivəsində tətbiq edilən məhdudiyyətlərin və 2020-ci il ərzində yaşanan sel fəlakətlərinin iqtisadiyyata mənfi təsir göstərdiyini vurğulayan Kim, ərzaq qıtlığı ilə bağlı xəbərdarlıq edib. Koronavirus epidemiyasına görə sərhədlərini bağlayan və Çinlə ərzaq ticarətini dayandıran Pxenyan rəhbərliyinin ərzaq böhranı qarşısında ictimaiyyətə qalmaqallı çağırış etdiyi ortaya çıxıb. Şimali Koreya hökuməti ictimaiyyətə 2025-ci ilə qədər Çinlə sərhədin yenidən açılması şansının zəif olduğunu bildirib. Ərzaq çatışmazlığında xarici amilləri günahlandıran hökumət, əhaliyə 2025-ci ilə qədər ərzaq ehtiyaclarını azaltmağı tövsiyə edib. Şimali Koreya liderinin rəsmən təsdiq etdiyi “az yeyin” bəyanatı kifayət qədər rezonasa səbəb olub.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə