Qətər XİN-i Taliban ilə bağlı açıqlama edib

Qətərin xarici işlər naziri Əl Sani avstriyalı həmkarı Michael Linhart ilə paytaxt Dohada birgə mətbuat konfransı keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əl Sani ölkəsinin Talibanla konstruktiv dialoqda iştirak etmək və bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətdə ümumi baxışı təmin etmək üçün səy göstərdiyini qeyd edib.

Əfqanıstandakı Taliban və digər əfqan qüvvələri arasında dialoq yolu ilə milli uzlaşmanın əldə olunmasını təşviq etdiklərini ifadə edən Əl Sani Əfqanıstanın təcrid edilməsinin həll yolu olmadığını və konstruktiv dialoqa ehtiyac olduğunu bildirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...