Fransada prezidentliyə namizəd qəribə addım atıb

Fransada prezidentliyə namizəd olan anti-islamçı Erik Zemmur Dransi şəhər mərkəzində verdiyi müsahibəsi zamanı qalmaqalın yaşanmasına səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Erik Zemmur güya baş örtüsü olan qadının başını açıb.

Hadisə sosial mediada geniş əks-səda doğursa da, qadının Rachida Boukris olduğu, kanalın əməkdaşı kimi Bollore qrupunda çalışdığı və əslində hicablı olmadığı ortaya çıxıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə