ABŞ siyasətçiləri Türkiyə ilə bağlı Co Baydenə müraciət edib

Prezident Ərdoğanın sərt çıxışından sonra 10 səfir "Gəzi hadisələri" və FETÖ-nün 15 iyul çevriliş cəhdi ilə mühakimə olunan iş adamı Osman Kavala ilə bağlı bir-birinin ardınca geri addım ataraq açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, gərginliyin əks-sədaları davam edərkən, bu dəfə ABŞ senatorlarından qalmaqallı açıqlamalar gəlib.

ABŞ siyasətçiləri prezident Co Baydenə məktub yazaraq “F-16-ları Türkiyəyə satmayın” deyə müraciət ediblər. Səfir böhranı səbəbindən gərginləşən ABŞ-Türkiyə münasibətləri normallaşmağa başlasa da, bu dəfə amerikalı senatorlar Türkiyə ilə ABŞ arasında F-35 böhranını gərginləşdirmək üçün addım atıblar. ABŞ senatorları ABŞ prezidenti Co Baydenə qalmaqallı məktub göndərərək Türkiyənin F-35-lər üçün ödədiyi 1,4 milyard dollar müqabilində F-16-ları satmamasını tələb ediblər.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə