Sosial media fenomeni şantaj edilib - FOTOLAR

İstanbulda yaşayan özbək əsilli sosial media fenomeni Ruxşona Sadıqovanı özbəkistanlı izləyicisi Əsəd adlı şəxs davamlı olaraq bezdirməyə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əsəd adlı şəxs qadının ev adresini tapıb, evdən çixandə qadını arxasınca izləməyə başlayıb. Qadın evinə girəndə isə qapını bir neçə dəfə döyüb və qaçıb. Müxtəlif nömrələrdən də ona zəng edən fanat onu bir an belə tək qoymayıb. Davamlı narahat etdiyi Sadıqovanın avtomobilinin şüşəsini sındıraraq şəxsi məlumat və sənədləri oğurlayıb.

Hadisədən sonra Sadıqovaya zəng edən Əsəd əlində sənədlərin olduğunu və birlikdə olmaq istədiyini, bunu etməsə paylaşacağını deyərək təhdid edib. Şantaj və təhdidlərdən sonra Sadıqova ötən çərşənbə axşamı polisə zəng edərək kömək istəyib. Polis qrupları hadisə ilə əlaqədar araşdırma apardıqları zaman Əsəd bir daha Sadıqovaya zəng edib. Polis şəxsin görüş tələbini qəbul edərək Sadıqovadan bunun üçün vaxt danışmasını istəyib. Həmin şəxs təyinatı qəbul etdikdən sonra Sadıqova plana uyğun olaraq saat 20.30-da ticarət mərkəzinə gedib və dostu Kəmalə Nəbiyeva ilə masa arxasında əyləşib. Digər tərəfdən polislər müştəri kimi digər masalarda oturaraq şübhəlini gözləməyə başlayıb.

Bir müddət sonra Əsəd Çağlayan polislər tərəfindən cinayət başında yaxalanıb. Həmin nəfəs kəsən anlar təhlükəsizlik və mobil telefon kameralarına əks olunub.

Həmin şəxs nəzarətə götürülərək polis bölməsinə aparılıb və orada dindirilib. Əsədin polis idarəsindəki ifadəsində "Sosial mediada Ruxşonanı gördüm və ona hədiyyə aldım. Mənimlə danışmasını xahiş etdim, amma danışmadı. Ona görə də evinin qarşısına gedib, maşınının şüşəsini sındırdım və sürücülük vəsiqəsini və pasportunu alıb getdim. Yenə Ruxşona ilə görüşmək istədim və polis tərəfindən yaxalandığım ticarət mərkəzinə getdim və polislər məni tutdu”, deyib. Şəxs haqqında “şantaj”, “hədə-qorxu”, “təhqir” və “əmlaka ziyan vurma” cinayətləri ilə bağlı istintaq aparıldıqdan sonra məhkəməyə göndərilib. Məhkəməyə çıxarılan Əsəd sərbəst buraxılsa da, deportasiya edilmək üçün İstanbul şəhər Mühacir İdarəsi Çıxış Mərkəzinə təhvil verilib.

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...