Balıqçılara dəniz quldurları hücum edib

Braziliyada Elias Araujo adlı balıqçı qayığı ilə Amazon meşəsindəki Rio Neqro çayında balıq tutarkən 7 dəniz quldurunun hücumuna məruz qalıb. İddialara görə, dəniz quldurları onun qayığını ələ keçirdikdən sonra, balıqçını suya atıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli hadisə timsah tərəfindən yeyilən insan qalıqlarını görən vətəndaşlar tərəfindən ortaya çıxarılıb.

Komandalar tərəfindən sudan çıxarılan timsahın mədəsindən çıxan parçaların oktyabrın 16-dan itkin düşən Eliasa aid olduğu müəyyən edilib. Polislər quldurların tutulması üçün araşdırmaları davam etdirirlər. Piratların hücumuna məruz qaldıqdan sonra Eliasın dostu Portal quldurlardan qaçdıqdan bir gün sonra Tucuma meşəsində sağ tapılıb. Tapılan zaman şokda olduğu üçün iki gün xəstəxanada saxlanılıb.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə