Şübhəli nişanlı ölü tapılıb

Öldürülən "youtuber" Qabi Petitonun qətlində şübhəli bilinən nişanlısı da ölü tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Vayominq ştatında "Qabi" kimi tanınan məşhur "Youtube" fenomeni 22 yaşlı Qabriel Petitonun nişanlısı Brayn Laundri ilə birlikdə səfərə çıxdıqdan sonra milli parkdakı meşəlik ərazidə cansız vəziyyətdə tapılıb.

FBI-ın xüsusi agenti Maykl Makferson Floridanın Karlton Reserve bölgəsindəki bir parkda polis tərəfindən aparılan axtarışda Laundriyə aid olduğu düşünülən insan qalıqlarının olduğunu açıqlanıb. Sözügedən qalıqların yanında çamaşırxanaya aid bir çanta və dəftər kimi şəxsi əşyaların tapıldığını deyən edən Makferson əşyaların son vaxtlara qədər su altında olan bir ərazidə tapıldığını söyləyib.

Laundrinin valideynləri Kris və Roberta Laundrinin günün əvvəlində parkı ziyarət etdiyini təsdiqləyən səlahiyyətlilər cütlüyün insan qalıqlarının kimə aid olduğunu müəyyən etmək üçün məhkəmə tibbi ekspertizasını gözləyəcəklərini söyləyiblər.

ABŞ-da Federal Təhqiqat Bürosu çərşənbə günü Floridada tapılan insan qalıqlarının öldürülmüş "youtuber" və "blogger" Qabi Petitonun nişanlısı Brayn Laundriyə aid olduğunu açıqlayıb.

Laudri 1 sentyabrda Floridadakı evinə qayıtmış, ancaq nişanlısının ailəsi və ya polislə əlaqə saxlamayıbmış. Petitonun ailəsi övladının sentyabrın 11-də itkin düşdüyünü bildirdikdən sonra ABŞ-da geniş axtarışlara başlanılıb. Məhkəmə prosesində şübhəli bilinən Laundri polislə iş birliyi etməkdən imtina edib və bir müddət sonra yoxa çıxıb.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə