Artıq elm adamları da qorxmağa başlayır - Kosmosdan sirli işıq

Yapon alimləri bir ay əvvəl kosmosda görünən əsrarəngiz işığı yenidən müşahidə ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, alimlər 4 saniyə ərzində görünən işığın nə olduğu ilə maraqlanır.

İşıq şüasını göndərənlərin yadplanetli olması ehtimalı astronomları qorxutmağa başlayıb. Alimlərin deşifrə etmək üçün çox çalışdıqları işıq hələ də sirr olaraq qalıb. Xəbərə görə, yapon astronomları bir ay əvvəl Yupiterdə görünən əsrarəngiz işığın yenidən göründüyünü açıqlayıblar. Kyoto Universitetindən Ko Arimatsunun rəhbərlik etdiyi qrup oktyabrın 15-də Yupiterin üzərində təxminən dörd saniyə ərzində görünən sirli parlaq işığın görüntülərini yayımlayıb.

"Biz tarixdə ilk dəfə olaraq oktyabrın 15-də saat 22:24-də kiçik bir obyektin Yupiterin səthi ilə toqquşması zamanı işığın parıldamasını müşahidə edə bildik", deyə tədqiqatçılar “Twitter”-də yazıblar. İşıq şüasının ilk olaraq Sky və Teleskop tərəfindən göründüyü bildirilib. Hər il Yupiterin səthinə onlarla, bəlkə də yüzlərlə asteroid düşür. Çünki nəhəng planet bu cür cisimlərin Yerə düşməsinin qarşısını almaq üçün maneə rolunu oynayır.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...