Filin hücumuna məruz qalmış şəxsin cəsədi tapılıb

Cənubi Afrika Respublikasının dünyaca məşhur safari mərkəzlərindən biri olan Kruger Milli Parkında brakonyerin fil tərəfindən əzilərək öldürüldüyü bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Kruger Milli Parkının verdiyi açıqlamada, parkın girişinə icazə verilməyən bölgələrdən biri olan Stolznekdə fil hücumu nəticəsində həyatını itirən brakonyerin cəsədinin tapıldığı bildirilib.

Açıqlamada, edilən araşdırmalar nəticəsində fil tərəfindən əzilərək öldürüldüyü bilinən qurbanın cəsədinin, brakonyerlər tərəfindən tərk edilmiş ola biləcəyi ifadə edilib. Zərərçəkənin kimliyi ilə bağlı məlumat paylaşılmayıb.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə