Epidemiya nəzarətdən çıxdı

Rumıniyada Covid-19 pandemiyasında yoluxmaların sayı sürətlə artmağa davam edir. Prezident Klaus İohannis bazar ertəsi günü peyvənd edilməyənlərin bir çox məhdudiyyətlərlə üzləşəcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, gündəlik Covid-19 ölümlərində əhalisi ilə müqayisədə dünyada birinci yerdə olan Rumıniyada keçən həftə test edilən hər 4 nəfərdən birinin nəticəsi müsbət çıxıb.

Rumıniyada Covid-19 pandemiyasında gündəlik yoluxmaların sayı 1000-ə yaxındır. Ölkədə bir çox kampaniyalar aparılsa da, insanlar peyvənd olunmağa qorxur. Rumıniya prezidenti İohannis dünən ölkədə epidemiyanın nəzarətdən çıxmağa başladığı bir vaxtda məhdudiyyətlərin vətəndaşların peyvənd olunacağına əmin olana qədər davam edəcəyini və 25 oktyabr bazar ertəsi günü daha sərt məhdudiyyətlərin tətbiq ediləcəyini bildirib.

Peyvənd olunmayanlar üçün tətbiq olunacaq yeni məhdudiyyətlərin məzmunu ilə bağlı məlumat verməyən İohannis bazar ertəsi günündən etibarən məktəblərdə tədrisin 2 həftə müddətinə dayandırılacağını açıqlayıb. Təxminən bir ay əvvəl Rumıniyada “yaşıl sertifikat” tətbiq edilib. Bu proqramla peyvənd olunmamış insanlar restoran və kafelərə girə, axşam saat 8-dən sonra çölə çıxa bilməzlər.

Bu vaxt ölənlərin və hadisələrin sayının artmasının cəmiyyəti qorxutduğu və peyvənd mərkəzlərinin qarşısında uzun növbələrin yarandığı müşahidə edilib. Son bir neçə gündə Rumıniyada 99 376 şəxsin Covid-19-a qarşı peyvənd olunduğu açıqlanıb. Pandemiyanın başlanmasından bu yana 43 487 nəfər, son gündə isə 448 insan həyatını itirib.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...