Yunanıstanda iş şəraitinin yaxşılaşdırılmasını və sağlamlıq sisteminin gücləndirilməsini istəyən işçilər Səhiyyə Nazirliyinə doğru yürüş edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, xəstəxanalarda kadr çatışmazlığına diqqət çəkən tibb işçiləri, yeni növ koronavirus (Kovid-19) peyvəndi olmayan tibb işçilərinin işini dayandırma təcrübəsindən imtina edilməsini tələb edib.

Qeyd edək ki, hökumət tibb işçilərini COVID-19 əleyhinə peyvənd olmağa məcbur edib və peyvənddən imtina edən təxminən 7000 tibb işçisi işini dayandırıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə