İsveçrədə yeni növ koronavirus tədbirləri çərçivəsində, insanların sıx olduğu qapalı yerlərdə peyvənd sertifikatı göstərmək öhdəliyi ilə bağlı qanuni etirazlar qəbul edildikdən sonra referendumun keçirilməsinə qərar verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 19 martda qüvvəyə minən və referendumla qəbul edilən Covid-19 tədbirlərindən peyvənd sertifikatı tələbinin ləğv edilməsi üçün referendum komitələrinə 74.469 imzanın göndərildiyi bildirilib. İyunun 13-də ictimai səsvermə tələbi yerinə yetirilib.
Buna görə, ölkədə 28 noyabrda qapalı bir peyvənd sertifikatı göstərmək tələbini ləğv etmək üçün səsvermə keçiriləcək. Bu səsvermə ilə İsveçrə, demokratiya tarixində ilk dəfə olaraq 6 aydan az bir müddətdə qüvvəyə minmiş bir qanunla iki referendum keçirəcək.
Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə