"Facebook" 10 min adamı işə götürəcək - FOTO

"Facebook", internetin gələcəyi olaraq görülən virtual reallıq kainatı “metaverse” qurmaq üçün hərəkətə keçib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-da yerləşən şirkət, yaxın 5 ildə Avropa Birliyinə üzv ölkələrdən “metaverse”nin inşası üçün 10 min ixtisaslı işçi götürəcəyini açıqlayıb. "Facebook" CEO-su Mark Zukerberq, fiziki və rəqəmsal dünyalar arasındakı sərhədləri bulandıran paralel kainat ideyasının əsas tərəfdarlarından biridir. Zukerberg “Facebook"un 5 il sonra bir sosial media şirkəti olmasından xəyali bir kainat şirkəti olacağını proqnozlaşdırıram” deyib.

Bu texnologiya kiməsə virtual reallıq eynəkləri ilə kilometrlərlə uzaqda olan bir dostu ilə üz-üzə danışmasını təmin edə bilər. "Facebook", virtual reallıq gözlükləri istehsal edən "Okulus" şirkətini 2014-cü ildə 2 milyard dollara satın alıb. Avqust ayında şirkət “Horizon Vorkrooms”u təqdim edib, burada virtual reallıq eynəyi taxan komanda özlərinin karikaturalı 3D versiyaları kimi göründükləri virtual otaqda görüşlər keçirib. Bununla birlikdə, "Facebook"un açıqlamasının şirkətin istifadəçilərin təhlükəsizliyindən əldə etdikləri gəlirlərə üstünlük verdikləri iddialarından sonra gəlməsi diqqət çəkib. Mark Zukerberq tətbiqi “cib telefonlarımızdan baxa bilmədiyimiz, daxil ola biləcəyimiz bir internet” olaraq təyin edib.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...