Bal ayı düşərgəsində kabus baş verib

Birinci Dünya müharibəsində bomba partladıqdan sonra Ukraynada bir cütlüyün bal ayı qanlı bir məkana çevrilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünya müharibələrindən sonra Avropada tez-tez bombalar tapılır.

İngiltərədə yaşayan ukraynalı cütlük Lidiya Makarçuk və Norbert Varqa bal ayını Ukraynanın Karpat dağlarında meşədə düşərgədə keçirmək istəyiblər. Onlar Macarıstanla sərhəddəki bu bölgəyə ikisi uşaq olmaqla 10 dostdan ibarət qrupla gediblər. Düşərgənin ilk gecəsində böyük bir tonqal yandırıblar. Varqa kamerasını almaq üçün çadıra gedib və sonra böyük bir səs gəlib. Düşərgə yerin altında qalan bomba səbəbindən partlamışdı. Gəlinin qardaşı Miroslav və bir dostu isə hadisə yerində ölüb. Gəlin Makarçuk ağır yaralanıb. Kimsəsiz bir yerdə olduqları üçün xilasedənlərin gəlməsi ən azı 1 saat yarım çəkib. Düşərgənin altında Birinci Dünya Müharibəsindən qalan bomba olduğu və atəş nəticəsində partladığı təyin olunub. Gəlinin müalicəsi üçün ianə kampaniyasına start verilib və 35 min dollar toplanıb.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...