Çində yeni bir sosial tendensiya başlayıb

Pandemiyanın yüngülləşməsi ilə Çində yeni bir sosial tendensiya başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qruplar arasında oynanan ssenari əsaslı cinayət həlletmə oyununun 2 milyard dollarlıq iqtisadi dəyərə çatması gözlənilib.

Çində son illərdə yeni bir sosiallaşma tendensiyası başlayıb: “Ssenari cinayəti”. Buna görə qruplar müəyyən klublarda toplanır və onlara verilən ssenariyə görə personajları canlandırırlar. İçlərində qatili tapmağa çalışırlar. Bu oyunun çılğınlığının ilin sonuna qədər 2 milyard dollarlıq iqtisadi dəyərə çatacağı gözlənilib. Bir ssenari 80-900 ABŞ dolları arasında dəyişir. Təkcə keçən il bu oyunlar üçün 6500 ssenari istifadə edilmişdir. Yaxşı bir ssenaridən aktyorları güldürməsi, ağlaması, uzanması, mübahisə etməsi gözlənilib.

Mütəxəssislərin fikrincə, ölkədə internet oyunlarının senzurası, pandemiyada səyahət qadağaları və reallıqdan qaçmaq üçün bir ictimailəşmə axtarışı bu oyunlara marağı artırıb.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...