Müsəlmanlara aid qurumlarda qalmaqallı tətbiq

Niderlanddakı bəzi bələdiyyələrin terrorla mübarizə zəminində gizli olaraq müsəlman qurumları ilə bağlı araşdırma apardıqları ortaya çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hollandiyanın bəzi bələdiyyələrinin özəl şirkətlər vasitəsi ilə məscidlər və müsəlman qurumları ilə bağlı gizli araşdırmalar apardıqları bildirilib. Məlumata görə, ölkədə ən az 10 bələdiyyənin məscidlər, məscid imamları, məscid dərnək müdirləri və cəmiyyətdəki fəal insanlarla bağlı gizli araşdırmalar apardığı iddia edilib.

​Xəbərdə, məscidlərdə araşdırma aparan NTA işçilərinin özlərini camaat və ya ziyarətçi kimi təqdim etdikləri bildirilib. NTA -nın imam və idarəçilərin mənşəyi, haradan gəldikləri və harada təhsil aldıqları ilə bağlı tapıntıları "gizli məlumatlar" olaraq bələdiyyələrə verdiyi bildirilib.

​Hökumətin Suriya müharibəsi zamanı DAESH-ə qatılması səbəbindən radikallaşma mövzusunda araşdırmalarının qeyri -kafi olduğunu bildirən xəbərdə, bələdiyyələrin bu problemi öz araşdırmaları ilə həll etmək istədikləri qeyd edilib. NRC, bələdiyyələrin bölgələrindəki məscidləri yaxından izləyərək daha real nəticələr əldə etmək istədiklərini bildirib.

​Bələdiyyələrin ictimai asayişi qorumaq vəzifələrinə uyğun olaraq bu cür araşdırmalar apardıqlarını bildirən xəbərdə, konstitusiya professoru Yumre Şurmensin bu hərəkəti "qanunsuz" hesab etdiyi fikirləri də yer alıb. Şurmens "Bu mövzuda məlumat toplamaq çox geniş bir vəzifədir, bələdiyyələr bunu özəl şirkətlər vasitəsi ilə edə bilməz” fikrini bildirib.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə