Avropanın mərkəzində inanılmaz hadisələr baş verdi

Belçikanın paytaxtı Brüsseldəki iki kafedə bir çox qadının içkilərinə narkotik qoyaraq təcavüz edildiyi iddia edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, içki içdikdən bir neçə saat sonra huşunu itirdiyini və yarıçılpaq halda küçədə oyandığını iddia edən qadınların şikayətlərindən sonra prokurorluq araşdırmaya başlayıb. Sosial mediada indiyədək 17 qadının cinayət şikayəti ilə müraciət etdiyi, 300-dən çox qadının cinsi istismara etiraz olaraq Brüsseldə yürüş təşkil etdiyi bildirilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...