İran və Çin XİN rəhbərləri NƏYİ MÜZAKİRƏ ETDİLƏR?

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Çinin xarici işlər naziri Van Yi nüvə anlaşması mövzusunu müzakirə aparıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Abdullahiyan və Yi arasında telefon danışığı olub. Görüş zamanı nüvə müqaviləsi və iki ölkə arasında imzalanan 25 illik Hərtərəfli Əməkdaşlıq Sazişi müzakirə edilib. Nazir Yi, bütün tərəflərin nüvə anlaşmasına qayıtması lazım olduğunu ifadə edib və İranla Avropa Birliyi (AB) arasındakı danışıqları alqışladıqlarını və bu mövzunu izlədiklərini bildirib.

Çinli nazir 25 illik müqaviləni həyata keçirməyə hazır olduqlarını da bəyan edib. Yi, yeni növ koronavirus (Kovid-19) ilə mübarizədə Tehranla əməkdaşlığa davam edəcəklərini də söyləyib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə