Yeni Zelandiyada gəmi alt-üst oldu

Yeni Zelandiyanın ən böyük şəhəri Auklandda Manukau Limanı yaxınlığında qayığın aşması nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə yaralanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Manukau Limanı yaxınlığında üzən və içərisində 4 naməlum şəxs olan qayıq bu gün günorta saatlarında naməlum səbəbdən alt-üst olub. Vestpak xilasetmə helikopteri, Sahil Mühafizəsi və dəniz polisi hadisəyə müdaxilə edib. Gəmidə olan 3 nəfərin cəsədi tapılıb. Sudan çıxarılan dördüncü şəxsin xəstəxanaya qaldırıldığını qeyd edən Yeni Zelandiya polisi, hadisə ilə əlaqədar istintaq başladıldığını açıqlayıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...