Qəribə oğurluq hadisəsi baş verib

Türkiyənin Kağıthane ərazisində polis məscidlərdən 21 kran oğurlayaraq satan şəxsi tutub. SİA xarici mətbuata istinadən xəbər verir ki, narkotik aludəçisi olan və 26 cinayətdən məhkum edilmiş U.Ferhat ifadəsində kranları satdığını və narkotik aldığını söyləyib. Şübhəlilərin kranları çıxarıb çantalara qoyduqları oğurluq etdikləri anlar, məscidlərin təhlükəsizlik kamerası görüntülərində əks olunub.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə