Rusiya və Çin Yapon dənizində təlimlər keçirərkən Amerikalı "USS Chafee" gəmisinin bölgəyə girməsi iki ölkə arasında qısa müddətli diplomatik böhrana səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Moskva, Rusiya Sakit Okean Donanmasının "Admiral Tributs" gəmisinin Amerika ərazi sularında Amerika esmines gəmisini ələ keçirdiyini elan edib. ABŞ Hərbi Dəniz Qüvvələri isə bu iddianı rədd edib. ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən yazılı açıqlamada bu barədə bildirilib: "Rusiya Hərbi Dəniz Qüvvələrinin Amerikaya aid esmines gəmisini ələ keçirməklə bağlı ifadələri həqiqəti əks etdirmir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə