Millət vəkili bıçaq zərbəsindən öldü

Britaniya Mühafizəkarlar Partiyasından millət vəkili David Amessə bıçaqla hücum edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bütün müdaxilələrə baxmayaraq, Amessin öldüyü elan edilib.

Yalnız İngiltərə deyil, bütün dünya şokdadır. Bıçaqla hücuma məruz qalan millət vəkili həyatını itirib. İngilis mətbuatında yayılan xəbərlərə görə, hadisə David Amessin seçki dairəsi Essexdə görüşü zamanı baş verib.

Görüşün keçirildiyi Belfairs Metodist Kilsəsinə girən təcavüzkar millət vəkilini bir neçə dəfə bıçaqlayıb. Essex polisi hücumdan sonra bir nəfərin saxlanıldığını açıqlayıb.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə