Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin (IPCC) dərc etdiyi hesabata görə, qlobal istiləşmənin nəticələri əsasən geri dönməz bir səviyyəyə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hesabatda Pakistanın təmiz su ehtiyatlarının önümüzdəki onilliklərdə tükənəcəyi və ölkəni ekzistensial bir böhranla üz -üzə qoyacağı bildirilib.

Pakistan, qütb buz örtüklərindən başqa dünyanın hər yerindən daha çox buzlağa malikdir. Bu buzlağlar, dünyanın ən qədim məhsuldar vadilərindən biri olan Hindistan və Pakistan arasında bölünmüş Hind hövzəsini bəsləyir. Pakistanın 220 milyon əhalisinin 75%-i İndus çayının sahilində yaşayır. Ölkənin 5 ən böyük şəhər mərkəzi sənaye və məişət suyu üçün tamamilə bu çaydan asılıdır. Yerli və beynəlxalq ekoloji mütəxəssislər xəbərdarlıq ediblər ki, uzun müddət təcili və qətiyyətli tədbirlər görülməsə, Pakistan və Cənubi Asiyada vəziyyət daha da pisləşəcək.

Pakistanın buzlaqlarının əridiyini vurğulayan mütəxəssislər, on ildən artıqdır ki, ölkənin su təchizatının yaxınlaşdığını bildirir. Baş nazir İmran Xan 2018 -ci ildə vəzifəyə başlayanda, davam edən meşələrin qırılması və iqlim dəyişikliyinin ölkəyə təsirinə qarşı bir ağac əkmə layihəsi başlatdı. Ancaq yeni ağac əkmələrinin yüzlərlə illik meşələri əvəz edə bilməyəcəyi bildirilib.

Pakistanın iqlim dəyişikliyinin nəticələri səbəbi ilə ekzistensial bir böhranla üzləşdiyinə işarə edən mütəxəssislər, iqlim dəyişikliyinin təsirlərinin ölkənin tək bir sektorunu və ya bölgəsini deyil, bütün əhalinin həyatını və dolanışıqlarını təhdid etdiyinə diqqət yetiriblər.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə