Çin, yerli vaxtla 00:23-də ölkənin şimal-qərbindəki Jiuquan Peyk Uçurtma Mərkəzindən 3 taikonot daşınan Şenzhou-13 kosmik gəmisini buraxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şenzhou-13 idarə olunan kosmik gəmisi, 6 aylıq missiya üçün 3 taikonavtı kosmik stansiyanın əsas modulu olan Tianhe-yə aparacaq. Kosmik gəminin önümüzdəki 6 saat ərzində Tianhe əsas modulu ilə birləşəcəyi gözlənilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə