ABŞ-da verilən bir hesabatda, ölkədə narkotik maddələrinin həddindən artıq dozada istifadəsindən ölümlərin 2020-ci ilin mart ayından bu ilin eyni ayına qədər 29,6 faiz artdığı deyilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hesabatda, 96 min 779 adamın həddindən artıq dərman qəbul etməsi səbəbindən bu müddətdə öldüyü bildirilib. Bundan əlavə, bir il ərzində narkotik maddələrin həddindən artıq dozada istifadəsi ilə bağlı ölümlərin ən yüksək artımının 85 faiz ilə Vermont əyalətində olduğu bildirilib. Həddindən artıq dozada narkotik istifadəsindən ölümlərin əsasən opioidlər və sintetik opioidlər səbəbi ilə meydana gəldiyi, ən az ölümün isə metadon istifadəçilərində görüldüyü açıqlanıb. CDC, 2020-ci ildə 93 mindən çox insanın narkotikin həddindən artıq dozada istifadəsindən öldüyünü açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB