Hindistanda həyat yoldaşını öldürməyi planlaşdıran adam zəhərli ilan kirayəyə götürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Hindistan məhkəməsi inanılmaz faktları tapıb və qadının əslində əri tərəfindən öldürüldüyünü ortaya qoyub.
Otra, 2020-ci ilin mart ayında baş verən hadisədə, evində ilan sancması nəticəsində yaralanıb və xəstəxanaya yerləşdirilib. Zınqırovlu ilanın hücumundan sağ çıxan qadın, bu dəfə iki ay sonra, may ayında kobra ilanı tərəfindən bir daha hücuma məruz qalıb və bu dəfə həyatını itirib. Məhkəmə ekspertizası qadının ilan zəhərindən öldüyünü təsdiqləyib.
Qızlarının ölümündən şübhələnən ailəsi polisə şikayət edib və hadisə ilə əlaqədar istintaq başladılıb. Otranın ailəsi, cehiz mübahisəsi səbəbi ilə qızının ərinin ailəsi tərəfindən daim sıxışdırıldığını iddia edib.
Polisin araşdırmasından sonra məhkəmə, adı Surac olduğu ortaya çıxan adamın, ilan ovçusundan zınqırovlu ilanı və kobranı kirayələdiyini sonra isə həyat yoldaşının üstünə buraxaraq ölümünə səbəb olduğuna qərar verib. Surac hadisənin üstündən 1 ildən çox zaman keçdikdən sonra həbs edilib. Kerala əyalətində baş verən hadisədə, Suracın valideynləri və bacısı da məişət zorakılığından həbs edilib.
Surac həbs olunduqdan sonra cinayəti etiraf edib və polisə bildirib ki, həyat yoldaşı Otraya yuxu dərmanı verərək onu həssas hala gətirdikdən sonra kirayəyə götürdüyü kobra ilanını onun üstünə buraxıb.
Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB