Cənubi Koreya it ətini qadağan etdi

Cənubi Koreyada hər il bir milyona qədər itin yemək üçün öldürüldüyü təxmin edilib. Şad xəbər Cənubi Koreya prezidentindən gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreya prezidenti Moon Ceyin ölkədə it əti istifadəsini qadağan etməyi planlaşdırdığını açıqlayıb.

Məlumata görə, artıq ölkədə it və pişiklərin vəhşicəsinə öldürülməsini qadağan edən bir qanun var. Ancaq hələ ki, istifadəsi qadağan edilməyib. Məlum olub ki, cənubi koreyalıların 59 faizi it əti qadağasını dəstəkləyib. Uzun müddətdir ki, it əti satışına son qoyulmasını tələb edən heyvan hüquqları qrupları Moon Ceyin şərhlərini alqışlayırlar.

Əvvəlki illərdə Çinin Yulin şəhərində minlərlə itin vəhşicəsinə qətl edilməsi ilə nəticələnən "Yulin İt Əti Festivalı" müvəqqəti olaraq qadağan edilib. Qərar çərçivəsində bazarlarda, restoranlarda və küçələrdə it ətinin satışı da qadağan edilib. Bütün dünyada böyük reaksiya alan festivaldakı görüntülər heyvansevərlərin bir kampaniyaya başlamasına səbəb olub.

Rüqəyya Orucova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə