"Netflix", Cənubi Koreya istehsalı "Squid Game"də istifadə olunan telefon nömrəsinin gerçək olduğu səhnədə dəyişikliklər edəcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyanın ən çox izlənilən "Squid Game" in birinci sezonunda bir səhnədəki telefon nömrəsi ən az serial qədər danışılıb.
Serialda, oyunda iştirak etmək üçün personajların axtarmalı olduqları nömrənin əsl telefon nömrəsi olduğu ortaya çıxıb və bu nömrə sahibinin həyatını çox çətinləşdirib.
Nömrənin sahibi Kim Gil-Young, "Netflix"ə davamlı zənglər və mesajlar aldığını və normal həyatını davam etməkdə çətinlik çəkdiyini bildirdikdən sonra şirkət sözügedən səhnəni düzəldəcəklərini açıqlayıb. Açıqlamada "İstehsal şirkəti ilə birlikdə səhnələri düzəldəcəyik. Bu problemi həll etmək üçün çalışırıq" deyilib.
Rüqəyya Orucova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB