Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Ukraynalı həmkarı Dmitro Kuleba ilə Türkiyə-Ukrayna ortaq strateji planlaşdırma qrupunun 9 toplantısına qatılmaq üçün getdiyi Ukraynanın Lvov şəhərində birgə mətbuat konfransı keçirib. Makronun Cəzayirlə əlaqədar Türkiyə ilə bağlı açıqlamalarını şərh edən Çavuşoğlu bunları deyib: "Fransanın son zamanlarda müstəmləkəçilik tarixi ilə üzləşməyə çalışdığını görürük və bunu alqışladığımızı dilə gətirdik".

Tarixi mövzularda son zamanlar yanlış şərhlərin və təhriflərin olduğunu qeyd edən Çavuşoğlu, "Fransanın bu mövzuda nə qədər səmimi olduğuna dair sual işarələri artmağa başlayıb. Türkiyə tarixdə müstəmləkəçilik və zülm etməyib. Cəzayir artıq bu mövzuda lazımlı reaksiyanı göstərib" -deyə, qeyd edib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə