Polşada fabrikə girərək divarla boru arasında sıxışan tülkünü heyvanları xilas etməkdən məsul bələdiyyə bölümü xilas edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tülkünün yerdən bir neçə metr aralıda havada asılı vəziyyətdə qaldığını və bütün səylərinə baxmayaraq çıxa bilmədiyini görən fabrik işçiləri, heyvanların xilas edilməsindən məsul bələdiyyə bölməsi olan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar.
Göstərilən ünvana gələn nazirlik əməkdaşları xüsusi texnikanın köməyi ilə ilişib qaldığı yerdən olduqca qorxmuş tülkünü sakitləşdiriblər. Xalq arasında hiyləgər kimi tanınsa da, ilişdiyi yerdən çıxmaqda çox hiyləgərlik göstərə bilməyən yaraşıqlı tülkü sağlamlıq yoxlamasından keçib və daha sonra təbiətə buraxılıb.
Rüqəyya Orcuova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB