Alimin təəccübləndirən iddiası ortaya çıxıb

Lozannadakı İsveçrə Federal Texnologiya İnstitutunun statistika professoru Anthoni Davison əbədi həyat olduğunu və əbədi həyat qarşısında heç bir maneə olmadığını söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, hər kəsdən gizli saxlanılan araşdırmanın detallarını paylaşıb.

Davison, məşhur inancın əksinə olaraq, əbədi bir həyatın olduğunu, ancaq insanlarla paylaşılmadığını iddia edib. İnsanların 130 yaşına çatması və ondan daha uzun yaşaması üçün nəzəri bir maneə yoxdur.

Mövcud məlumatlara əsaslanaraq tədqiqatçılar insanların ən az 130 il yaşaya biləcəklərini proqnozlaşdırırlar. Ancaq "Royal Society Open Science" adlı elmi jurnalda nəşr olunan tapıntılar əslində insan ömrünün heç bir məhdudiyyətinin olmadığını göstərir.

Rüqəyya Orucova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə