İkinci Dünya Müharibəsi xəbərdarlığı gəldi

Çin-Tayvan gərginliyi Pekinin dəstəklədiyi mətbuatda təhdid ifadələrlə ən yüksək nöqtəyə çatıb. Çin Kommunist Partiyasının rəhbərlik etdiyi dövlət mediası 3-cü Dünya Müharibəsi xəbərdarlığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tayvana “atəşlə oynama” mesajını verib.

Dünya demək olar, iki ildir ki, koronavirusla yatıb-oyanır. Ancaq 5 milyondan çox insanın həyatına son qoyan Covid-19, planetimizi təhdid edən tək məsələ deyil. Xüsusilə son illərdə ölkələr arasında artan gərginlik və hərbi sərmayələrin sürətlə artması mütəxəssisləri narahat edir.

Çin və Tayvan arasındakı gərginliklə əlaqədar Çindən verilən açıqlamalar, bu narahatlığın nə qədər haqlı olduğunu göstərdi. Dünya Çinin bəyanatlarından danışır. Çünki Çin Kommunist Partiyasının rəhbərliyi altında dövlət mediası açıq şəkildə 3-cü Dünya Müharibəsi barədə xəbərdarlıq edərək, gərginliyin dozasını artırıb.

Çində yerləşən "Global Times" qəzetindəki məqalədə, ABŞ və Tayvan arasındakı əlaqələr “cəsarətli” olaraq xarakterizə edilib və bu vəziyyətin ABŞ və Çini qarşıdurmaya gətirəcəyi vurğulanıb.

Məqalədə, Çin xalqının Tayvanı dəstəkləyən ABŞ-la hərtərəfli bir müharibəni və “Tayvan odla oynayır” ifadəsini dəstəkləməyə hazır olduğu ifadə edilir.

Rüqəyya Orucova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə