Hadisə İtaliyanın şimalında, Milanda baş verib. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayan xüsusi təyyarənin hissələri göyə uçub və qurbanların kimliyi müəyyən edildikdə böyük bir şok yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, milyarder iş adamı, ailəsi və dostlarının hamısı ölüb.
Boş bir binaya çırpılan kiçik təyyarənin göyərtəsində olan hadisə şahidlərin dediyinə görə, xüsusi təyyarə qəzaya uğramadan əvvəl alovlanıb. Məlum olub ki, təyyarə qəzasında 68 yaşlı ruminyalı milyarder Dan Petresku, 65 yaşlı həyat yoldaşı Regina Petrusku və 30 yaşlı oğlu Dan Stefan Petrusku və ailə dostları həlak olublar.
Təyyarədə italyan iş adamı Filippo Naskimbene, həyat yoldaşı, bir yaşlı oğlu və anası da olub.
Abutel İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB