47 yaşlı dul qadının qorxunc planı ortaya çıxdı

47 yaşlı dul qadının qorxunc planı ortaya çıxıb. Hadisə Yaponiyada baş verib. Isao Kakehi 75 yaşında olmasına baxmayaraq, sağlamlığı və gücü yaxşı idi. Üstəlik, aşiq də olmuşdu. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, doğulduğu Yaponiyada çox məşhur bir evlilik agentliyi vasitəsi ilə tanış olduğu 67 yaşındakı Chisako adlı bir qadınla həyəcanverici yeni bir əlaqəyə başlayıb.

Cütlük 2013-cü ildə tanış olaraq, iki ay ərzində evlənib və eyni evə köçüb. Onlar ikinci baharını Kyotonun Muko şəhərində başladıblar. Çox xoşbəxt idilər və birlikdə Yeni il şənliyi üçün düyü tortları hazırlayırdılar. Ancaq Isao Kakehi yeni ili görməyərək, 28 dekabrda öldü.

7 ildə 4 cinayət

Bu gün 74 yaşında olan Chisako Kakehi Yaponiyada "Qara dul" kimi tanınır. Ölüm cəzası, Chisakonun üç ortağını öldürdüyünə və birini öldürməyə çalışdığına görə axtarılır.

İsao Kakehinin ölümündən sonra polis araşdırması nəticəsində Chisako 2014-cü ildə saxlanılıb. Araşdırma dərinləşdikcə qorxulu detallar ortaya çıxıb. Chisako cinayətlərinə 2007-ci ildə 61 yaşında başlayanda 7 il heç kim ondan şübhələnməyib.

Yaponiya dövlət televiziyası NHK-nın verdiyi məlumata görə, hakim Yuriko Miyazaki apellyasiya qərarında "Yaşlı qurbanları ilə tanışlıq agentliyi vasitəsi ilə tanış oldu, onlara güvəndikdən sonra zəhərlədi. Bunlar qəsdən və güclü iradə ilə törədilmiş qəddar cinayətlərdir.

2019-cu ildə Yapon qəzetlərindən "Yomiuri Shimbun"a verdiyi müsahibədə söylədiyi aşağıdakı sözlər, Chisakonun onu gözləyən taleyə təslim olduğunu göstərir: “Uzun müddət bu barədə düşünsən də günahların bağışlanmayacaq. Təəssüfləriniz ölülərə çatmaz".

Rüqəyya Orucova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə