Dünən bir qrup alpinist Fransanın Haut Savoie bölgəsindəki Mont Blank dağının Tre-la-Tete buzlağında 2750 metr yüksəklikdə cansız bir cəsədlə qarşılaşıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, cansız cəsədin müayinə üçün Chamonix -ə aparıldığı öyrənilib. Dağ xilasetmə xidmətlərinin əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü fransız alpinist 1992-ci ildən itkin düşüb. Alpinistin 21 yaşında uçuruma düşdüyü və ailəsini tapmaq üçün işlərə başladığı bildirilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə